Çempionlar Liqasında turun futbolçusu adına 4 namizəd açıqlanıb

28.11.2019 08:53 162 İdman

Çempionlar Liqasında qrup mərhələsinin beşinci turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Fan.Az xəbər verir ki, baş tutan 16 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.

Bunlar Keylor Navas (PSJ), Robert Levandovski (“Bavariya”), Lionel Messi (“Barselona”) və Romelu Lukakudur (“İnter”).

Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı noyabrın 29-da açıqlanacaq.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti