Çin koronavirusa qarşı effektiv dərman vasitəsi tapıb

24.02.2020 16:50 118 Sağlamlıq

Çin koronavirusa qarşı effektiv dərman vasitəsi tapıb.

FAN.AZ “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfiri Çjan Xanxueya bildirib.

Onun sözlərinə görə, yeni dərman vasitəsinin nəticələri yaxşı olsa da, o yenidən yoxlanılmalı və üzərində işlənilməlidir.

Səfir onu da qeyd edib ki, uzun illərdir malyariyanın müalicəsində istifadə olunan “xloroxin fosfat”ın koronavirusla mübarizədə effektivliyi məlum olub.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti