Çinarə Türkiyədə villa alır

29.08.2019 23:53 167 Şou-biznes

Azərbaycanlı müğənni Çinarə Məlikzadə Türkiyədə özünə villa alır.

Fan.Az "Ölkə.Az"a istinadən xəbər verir ki, "Gedək üzü küləyə" mahnısı ilə sosial şəbəkədə məşhurlaşan və Haluk Leventin dəstəyilə Türkiyə musiqi sektoruna qatılan gənc müğənni burada 40 konsertlik anlaşma imzalayıb.

Məlumata görə, hazırda qonşu ölkədə dincələn Çinarə Məlikzadə Bodrumu çox bəyəndiyindən özünə 1 milyon lirə (291 min 800 manat) dəyərində villa almaq qərarına gəlib. Müğənni bir çox daşınmaz əmlak mütəxəssisi ilə görüşsə də, hələ ki, istədiyini tapa bilməyib.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti