Çində koronavirusdan ölənlərin sayı 41 nəfərə çatıb

25.01.2020 11:19 155 Sağlamlıq

Çində yeni tip koronavirusdan (2019-nCoV) ölənlərin sayı sürətlə artır.

FAN.AZ xəbər verir ki, virusdan ölənlərin sayı 41 nəfərə çatıb, daha 1287 nəfərin bu virusa yoluxduğu bildirilir.

Son olaraq Mərkəzi Çində yerləşən Uxan şəhərində 62 yaşlı həkim Lyan Udun koronavirusdan vəfat edib.

Hazırda bu virusa yoluxmuş şəxslərlə kontaktda olmuş 13967 nəfər müəyyənləşib. Onlar həkim nəzarəti altına alınıb.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti