“Danışanda elə bilirsən ki, mələkdilər“ - Sərt sözlər

17.02.2020 11:21 299 Şou-biznes

"ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasının qonağı bu dəfə müğənni Ceyhun Əliyev olub.

FAN.AZ Axşam.az-a istinadən xəbər verir ki, sənətçi əkizlər Sevil və Sevinc Səfərovalar haqqında qalmaqallı sözlər deyib. O, "Kimə heç vaxt mahnı yazmazsan" sualına belə cavab verib:

"Sevil və Sevinc bacıları mahnı istədi. Aramızda münaqişə oldu. Məndən yaşda balacadılar. Qayıtdılar ki, sən məndən ağıllısan? Ortada heç nə yoxdur, bunlar mahnı istəyir. Dilləri də nə boyda.

Baxıram dicey Roşka ilə mahnı ediblər. Orada mənim bəstəm olan "Orasına-burasına"nı oxuyurlar. Siz müğənnisiniz, zəng edib icazə almalısınız. İnsanlıq xatirinə bu edilməlidir. Danışanda elə bilirsən ki, hamısı göydən düşən mələkdir. Ondan sonra dedim ki, heç vaxt onlara mahnı yazmaram.

Bir dəfə də "Hit-parad"da mənim fotomu götürüb atdılar. Dedilər, Ceyhun Elza Seyidcahana hörmətsizlik edib. Siz də mənə hörmətsizlik etdiniz. Sevil-Sevinc mənim evimdə olub, çörək kəsiblər".

Qeyd edək ki, Ceyhun müğənni Damlanı müdafiə etmək üçün onun şəklini cıran Əməkdar artist Elza Seyidcahanın fotosunu yandırmışdı. Sevil və Sevinc də buna münasibət bildirərək, Ceyhunu tənqid ediblər. İfaçılar arasındakı qalmaqal həmin hadisədən sonra başlayıb.

FAN.AZ 

Oxşar xəbərlər

Xəbər lenti