"Dinamo" Ramil Şeydayevlə yollarını ayırıb

09.01.2020 19:40 85 İdman

Rusiyanın "Dinamo" (Moskva) klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.

"Report" Moskva təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Ramil Şeydayev bu ilin yayında "Dinamo"ya keçib. 23 yaşlı hücumçunun klubla müqaviləsi mövsümün sonunda başa çatmalı idi.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti