Diva məşhur aparıcının evini aldı Video

08.07.2019 16:55 99 Şou-biznes

ATV-nin "Zaurla Günaydın" proqramının qonağı olan xalq artisti Aygün Kazımova həmin məkana "sahiblənib".

Fan.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, diva sənətçi proqramın çəkildiyi evi satın aldığını bəyan edib və "İnstagram" səhifəsində belə bir paylaşım edib:

"Zaur və Günayın evini aldıqdan sonra çox sevincliyəm".

Kazımova təzə evində müsahibə də verib. Müğənni "Jara" beynəlxalq musiqi festivalında həmkarı Filipp Kirkorovla bir səhnəyə çıxmasından və eyni zamanda səhnə geyimlərinə olan sevgisindən danışıb:

"Səhnədəki çıxışımız, performansımız, geyimimiz bir-birinə həm stil, həm rəng baxımından uyğun gəlməlidir. Filipp Kirkorov dedi ki, nə və necə istəyirsən geyin, amma paltarın eskizini mənə at, bilim. Filipp Kirkorovun qarderobunu görəndən sonra özümdə bir rahatlıq tapdım. Düşünürdüm ki, səhnə geyimlərinə olan sevgi məndə bir anormallıq, ciddi xəstəlik əlamətləridir. Amma Filippin qarderobunu görəndən sonra anladım ki, normaldır".

 

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti