Elcan “Ər və arvad”dan getdi Foto

25.10.2019 11:00 134 Şou-biznes

Tanınmış aparıcı Elcan Rəsulov ATV kanalında yayımlanan “Ər və arvad” serialı ilə yollarını ayırıb. FAN.AZ xəbər verir ki, layihənin baş qəhrəmanı bu barədə instaqram səhifəsində məlumat verib.

O, daha ekran işində yer almayacağını qeyd edib: “Elcan daha oralarda olmayacaq. Mənim üçün bu iş buralarda bitir. Uzun- uzadı yazmayacam. Bitdi, bu qədər”. 

Qeyd edək ki, serial 2016-ci ildən bugünə qədər həftədə iki dəfə yayımlanır. “Ər və arvad”ın digər baş qəhrəmanı Kəmalə Piriyevadır.

Oxşar xəbərlər

Xəbər lenti