Elnarədən onu tanımayan Nigara sərt cavab

30.11.2019 13:53 134 Şou-biznes

Əməkdar artist Elnarə Abdullayeva müğənni Nigar Camalın onu tanımamasına münasibət bildirib.

Xanəndə bu barədə "Show news" verilişinə danışıb. O özünün də Nigarı tanımadığını deyib:

"Nə edim, gedim vurub öldürüm yazığı? Tanımır da. Mən də onu belə tanımıram. Hələ bir soruşun muğam ifaçıları kimisə bəyənir, ya yox? Biz şou adamı deyilik, muğam ifaçısıyıq. Xalqın dərrakəli, ağıllı, qabiliyyətli ifaçıları olmalıyıq.

Azərbaycan musiqisinin anasını, atasını çiynində gəzdirın bizik. Kiminsə bizi tanıyıb-tanımaması, bəyənib-bəyənməməsi önəmli deyil. Biz Azərbaycan xalqının mədəniyyətinə xidmət edirik. Mədəniyyət də muğam və aşıq sənətidir".

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti