Elşad Mirinin kitabının çapına icazə verildi

26.12.2019 19:42 219 Mədəniyyət

İlahiyyatçı Elşad Mirinin “İslamda varmı?” adlı dini kitabının çapına icazə verilib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ilahiyyatçı özü paylaşıb. Belə ki, Elşad Mirinin kitabı ilə bağlı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ünvanladığı məktuba müsbət cavab gəlib. Gündüz İsmayılov tərəfindən cavablandırılan məktubda bildirilib:

“Sizin üç dekabr 2019-cu il tarixli məktubunuzla bağlı bildiririk ki, “İslamda varmı?” kitabının 3000 tirajla çap olunmasına etiraz etmirik. Eyni zamanda bildiririk ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Reapublikası Qanunun 22-ci maddəsinə əsasən, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yayıla bilərlər. Nəzarət markası əldə etmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etməlisiniz”.

elsad miri.jpg (33 KB)

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti