Emin Ağalarov: "Bütün müğənnilər "Jara"da təmənnasız iştirak edirlər"

26.07.2019 17:45 475 Şou-biznes

Xalq artisti Emin Ağalarov "Jara"da çıxış edən ifaçılara edilən ödənişdən söz açıb.

Fan.Az "Ölkə.Az"a istinadən xəbər verir ki, E.Ağalarov ifaçıların qonorarsız çıxış etdiyini bildirib:

"Maliyyə haqda açıqlama vermək istəyirəm. Burada iştirak edən bütün müğənnilərə təşəkkürümü bildirirəm. Onlar heç bir təmənna güdmədən "Jara"da iştirak edirlər. Onlara tamaşaçı alqışı hər şeydən vacibdir".

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti