"Ən uğurlu işim özümə qəbir qazdırmağımdır"

24.12.2019 08:58 171 Mədəniyyət

"10-20 il bundan əvvəl də yaxşı dolanırdım, indi də. Zəhmət çəksən, yaxşı dolanacaqsan. İndi camaat yatır, axşam əli cibində çıxır küçəyə. Bizim indi də torpağımız var. Qardaşım işləyir. O vaxt göyərtidən belə becərirdik. Amma indi bir günə qazandığımı o vaxt bir aya qazanırdım. Amma ləzzəti başqa idi".

FAN.AZ Open.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "Ay Zaur" verilişində qonaq olarkən deyib. Həyatından, ailəsindən danışan sənətçi bunları deyib: "İki qız övladım var: birinin 23, digərinin 19 yaşı var. Hələ toyları olmayıb. Atam bizi kasıbçılıqla böyüdüb.

Bizim ailədə bugünədək spirtli içki içilməyib. Bir dəfə qardaşımın boğazı şişib. Həkim məsləhət görmüşdü ki, araqla kompres etmək lazımdır. Atam demişdi ki, uşaq ölsə də, bu evdə spirtli içki olmayacaq. Atam dindar adam olub. Mənim dilimə araq dəyməyib. 1 bacı və 5 qardaşıq. İndi də göyərti əkib satırlar. Hələ qardaşlarından biri ailəsi ilə saat 9-dan sonra çölə çıxmır".

Ağamirzə daha sonra özü üçün qəbir qazdırmasından söz açıb: "Ölməkdən yox, yataq xəstəsi olmaqdan qorxuram. Özüm üçün qəbir qazdırmışam, üstünü də örtmüşəm. Bu dünyada ən uğurlu işim budur. Bu dünyada bir qəbir qazanmışam. Hər şey gəldi-gedərdi".

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti