Ermənistan ordusu ağır itki verib - Düşmən ölkədə çaxnaşma

12.02.2020 13:25 86 Dünya

Son 40 gündə 8 erməni əsgəri ölüb.

FAN.AZ bildirir ki, bu barədə məlumatı ermənişünas İsmayıl Tanrıverdi qeyd edib. O bildirib ki, erməni mətbuatı yanvarın 1-dən fevralın 10-dək 8 əsgərin müxtəlif səbəblərdən ölməsi barədə məlumat yayıb.

Onlardan 1-nin Azərbaycan əsgərləri tərəfindən öldürülməsi, 6-nın isə qeyri-döyüş şəraitində, yəni ya özləri tərəfindən və ya intihar edərək öldüyü qeyd edilib. Valeri Petrosyan adlı əsgərin isə qəflətən öldüyü bildirilib.

İ. Tanrıverdi Valeri Petrosyanın Xankəndində anadan olduğunu və atasının da Qarabağ müharibəsi zamanı Ağdam ətrafındakı döyüşlərdə ağır yaralanaraq, bir ayağını itirdiyini qeyd edib.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti