Fahişə kimi çalışan ailəli hüquqşünas qadın aya 56 min dollardan çox qazanır. Arvadının peşəsi isə ərini qətiyyən narahat etmir. Çünki… Video

18.09.2019 12:35 858 Həyat tərzi

Fan.Az xarici mediaya istinadla xəbər verir ki, 30 yaşlı ailəli qadın, ana və vəkil bir ay ərzində Nevada ştatındakı fahişəxanada çalışmaqla, 56 min dollardan çox pul qazanır. Ərini isə arvadının fəaliyyəti qətiyyən narahat etmir.

Dörd aylıq oğul anası, keçmiş striptizçi Ketrin Sirs (Katherine Sears), hər iki peşəsini müdafiə edərək, amerikan telekanalına bildirib ki, fahişələr onun tanıdığı ən yaxşı insanlardan biridir.

Cinayət işləri üzrə müdafiə vəkilləri Ketrin və həyat yoldaşı Con Sirs, Ayova ştatında, Des Moines'də müştərək olaraq hüquq firmasını idarə edirlər.

Cütlük hüquq məktəbində tanış olub və fəaliyyətləri ilə əlaqədar açdıqları saytlarında qeyd olunanlara görə, məhkəmədə vəkil kimi iştirak etmədiyi zamanlar, qadın evdə çalışdığını və uşaqlarına analıq etdiyini bildirib.

Ketrin Sirs (Katherine Sears) vaxtını elə bölür ki, həm hüquqşünas, həm də fahişə kimi çalışa bilsin. Bu zaman o, 3 həftə Nevada ştatındakı fahişəxanada xidmət göstərir, qalan bir həftəni isə Ayovada vəkillik edir. Qeyd edək ki, Nevada, Amerikada fahişəliyin qanuniləşdirildiyi yeganə ştatdır.

30 yaşlı qadın vəkil telekanala bildirib ki, sekslə məşğul olmaqdan xoşu gəlir. Bu əyləncəlidir. Və buna görə eyni zamanda ona pul ödəyirlər.O, bildirib ki, fahişə kimi fəaliyyət göstərdiyi hər ayın 3 həftəsi ərzində təxminən 45 min funt sterlinq qazanır.

Onu əri Con isə telekanal əməkdaşına deyib ki, ərvadının ikinci peşəsi onu elə də narahat etmir. Çünki onlar bir neçə il əvvəl görüşməyə başlayanda, Ketrinin artıq fahişə kimi fəaliyyət göstərirdi.

30 yaşlı qadın deyir ki, seks haqqında açıq danışan qadınlara deqradasiyaya uğramış şəxslər kimi baxılır və onlar pozğun adı ilə damğalanırlar.

Buna baxmayaraq, o, bütün Amerikada fahişəliyin qanuniləşdirilməsini istəyir. Katherine belə mövzularda insanların hüquqlarını qorumaq üçün o qədər narahatdır ki, hətta fahişəliklə bağlı məsələlərlə bağlı məhkəmə işlərinə bir vəkil olaraq pulsuz xidmət göstərir.

“Mən ömrümün iki ilini qanuni şəkildə fahişə kimi fəaliyyət göstərmişəm, bir neçə il də striptizçi işləmişəm, və mən işimi sevmişəm. Sadə insanlardan fərqli olaraq, mən seks-biznesin həqiqətləri ilə daha yaxından tanışam”,- vəkil ər-arvadın saytında belə qeyd olunub.


Oxşar xəbərlər

Xəbər lenti