Fast-fud yeyən, siqaret çəkən və ya dırnaqlarını çeynəyən şəxsləri cərəyanla vuran bilərzik satılır

21.06.2019 16:35 358 Elm və Texnika

Fan.az bildirir ki, 30 volt gərginliklə insanı vuran bilərzik bu gün Amazon-da təxminən 199 dollara satılır.

İstehsalçıların sözlərinə görə, cərəyanla alınan müntəzəm zərbələrdən yaranan ağrı, bilərzik taxan şəxsi öz zərərli vərdişlərindən imtina etməyə məcbur edəcək.

Belə ki, sahibi hər dəfə zərərli yemək yeyərkən, siqaret çəkərkən və ya dırnaqlarını gəmirərkən bilərzik onu cərəyanla vuracaq. Bilərziyin fəaliyyəti mobil əlavə ilə tənzimlənəcək. Həmçinin o da bildirilir ki, mobil əlavəyə nəzarəti zərərli vərdişlərdən yaxa qurtarmaq istəyən şəxsin yaxınları və tanışları da əldə edə biləcəklər.

Cərəyanla zərbəni insan yalnız "özünü cəzalandır" düyməsini basdıqdan sonra alacaq.  

Oxşar xəbərlər

Xəbər lenti