"Fəlakət"in prodüserindən boşanma xəbərinə reaksiya

06.08.2019 14:40 581 Şou-biznes

Ötən il fevral ayında ailə həyatı quran aktyor Elşən Orucovun həyat yoldaşından ayrılması haqqında məlumatlar yayılıb. Məlumata əsasən, cütlük artıq bir müddətdir ayrı evlərdə yaşayır.

Fan.Az xəbər verir ki, E.Orucovun prodüseri Abbas Kərimli Oxu.Az-a açıqlamasında yayılan xəbərləri təkzib edib:

"Elşən ilə İlahə boşanmayıblar. Bu, şayiədir".

Qeyd edək ki, Elşən Orucov "Fəlakət" obrazı ilə məşhurlaşıb.

Xatırladaq ki, aktyorxanımı ATV-də bir yerdə çalışan zaman tanış olublar. Cütlüyün bu nikahdan 2018-ci ilin dekabrında qız övladı dünyaya gəlib.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti