20-22 fevral tarixlərində Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədi ilə “Partners and Business” sərgisi keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim olunacaq. Ümumilikdə, sərgidə 150-ə yaxın şirkətin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, “Felly Nova” markası altında yuyucu və təmizləyici vasitələri da 123-cü stenddə yer alıb. Xatırladaq ki, “Felly Nova” markası “Prestij Kimya” MMC- ya aiddir və Azərbaycan brendidir.
Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Biz də öz növbəmizə Sizi sərgidə 123-cü stenddə yer alan “Felly Nova” markası ilə yaxından tanış olmağa dəvət edirik. Xatırladaq ki, FAN.AZ saytı “Felly Nova” markasının rəsmi informasiya dəstəkçisidir.