"Fənərbaxça"nın prezidenti ilə azarkeşlər arasında gərginlik yaşanıb

24.02.2020 08:17 74 İdman

Türkiyə Super Liqasının XXIII turunda keçirilən "Fənərbaxça" - "Qalatasaray" oyunundan sonra xoşagəlməz hadisə baş verib.

FAN.AZ, meydan sahiblərinin prezidenti Ali Koçla azarkeşlər arasında gərginlik yaşanıb.

Komandanın 1:3 hesablı məğlubiyyətinə üzülən fanatlar baş məşqçi Ərsun Yanal və prezident Ali Koçu istefaya səsləyiblər. Buna qəzəblənən İstanbul təmsilçisinin rəhbəri fəxri tribunadan azarkeşlər olan sektora tullanıb. Etirazını sərt şəkildə bildirən prezidentin fanatlarla qarşıdurma yaşamasına onun cangüdənləri imkan verməyiblər və Koçu oradan çıxarıblar.

Qeyd edək ki, 23 turdan sonra "Fənərbaxça" 38 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti