Gömrükçülər 400 kiloya yaxın qurudulmuş ilan müsadirə edib

07.09.2019 12:15 136 Dünya

Çin gömrükçüləri ölkədən qanunsuz yolla çıxarılan 386 kiloqram qurudulmuş ilan müsadirə edib.

Fan.Az redaktor.az-a istinadən xəbər verir ki, hadisə Quançjou şəhərində baş verib.

Müsadirə edilən ilanların əksəriyyəti irigöz poloz və hind kobrası növü olub.

Qeyd edək ki, adıçəkilən növlər beynəlxalq ticarət konvensiyasına əsasən mühafizə olunur.

Oxşar xəbərlər

Xəbər lenti