Goranboyda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var Foto

15.01.2020 18:06 152 Hadisə

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

FAN.AZ APA-ya istinadən məlumat verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ-21011” markalı, 20-DA-208 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olan “KamAZ” markalı yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Xəbər lenti