Görünməz 77 sayli marşrut avtobusu Video

14.10.2019 12:12 145 Nəqliyyat və avto

Ötən gün Bakının Yasamal rayonu Şərifzadə küçəsində maraqlı bir hadisə ilə rastlaşdım. İlk öncə düşündüm ki, bu sıradan qayda pozan bir avtobusdur. Amma dayanıb müşahidə etdikdən sonra belə bir qərara gəldim ki, müntəzəm marşrut üzrə hərəkət edən 77 saylı avtobus qaydalara məhəl qoymur.

Yol örtüyü üzərində 1.18 nişanlama xətdinin tələbini pozan bu marşrutu görəsən Yol Polisi görmür? Və ya yolayrıcısında kamerası (videoda bu aydın görsənir) olan Bakı Nəqliyyat Agentliyi izləyə bilmir? Bəyəm Binə qəsəbəsində baş verən avtobus qəzası və bu kimi yaddaşlarımızda həkk olunan və həlak olanlar azdır? Gərək mütlək hansısa qəza baş versin və ondan sonra rəsmi qurumlar araşdırma aparıb yekun nəticədə avtobus sürücüsünü cəzalandırsınlar? Burada düşünürəm sürücü heç bir məsuliyyət daşımır, ən azı ona görə ki, o xətti üzrə hərəkət edir. Babalı nəzarət edən qurumların boynuna…

Buradan avtobuslara dönmək olar yazanların və ya sola dönmək olar düşünənlərin nəzərinə: Azərbaycan Respublikasının Yol Hərəkəti haqqında qanunun 69 maddəsini oxumağı tövsiyə edərdim. Sonda xatırladım ki, bu kimi qayda pozan sürücülər Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 327.2 maddəsinə əsasən 3 bal və 60 manat məbləğində cərimə olunurlar.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti