Göygöldə ölən vəkilin oğlundan KİV-ə müraciət Video

10.02.2020 13:22 245 Ölkə

101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsün Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevin övladı müraciətində atasının seçki dairəsində hansısa təzyiqlərə məruz qalmadığını deyib.

Göygöl rayonunda vəfat edən Sübhan Vəliyevin oğlu Samir Hacıyev qeyd edib ki, sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil:

“Atam hansısa seçki dairələrində təzyiqə məruz qalmayıb. O, uzun müddət ürək xəstəliyindən əziyyət çəkib, xəstəliyi ilə əlaqədar koronaroqrafiya (anju) əməliyyatı olunub. Ötən gün də xəstəliyi ilə əlaqədar infarkt keçirərək vəfat edib. Xahiş edirəm ki, bunu siyasi oyunlara çevirməyin”.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti