Gürcüstanda etnik zəmində ayrı-seçkilik halları artıb

24.02.2020 12:00 125 Siyasət

Gürcüstanın Ombudsman Aparatına ötən il diskiriminasiya ilə bağlı 155 şikayət daxil olub.

“Report”un yerli bürosu xəbər verir ki, bunu insan haqları üzrə müvəkkil Nino Lomcaria bildirib.

Onun sözlərinə görə, şikayətlərin 14%-i dini, 4%-i isə etnik zəmində ayrı-seçkiliklə bağlı olub.

Ombudsman deyib ki, illik müqayisədə dini zəmində diskriminasiya halları ilə bağlı müraciətlər azalıb, etnik ayrı-seçkiliklə bağlı isə artıb: “2018-ci ildə dini zəmində şikayətlərin göstəricisi 11%, etnik zəmində isə 8% təşkil edib”.

N.Lomcaria qeyd edib ki, diskriminasiya ilə bağlı şikayətlərin 61%-i dövlət, 39%-i isə özəl sektorun payına düşüb.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti