Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadılır

09.04.2020 13:35 2003 Dünya

Gürcüstanda fövqəladə vəziyyətin müddətinin uzadılacağı istisna edilmir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, bu barədə qərar Gürcüstanda epidemioloji vəziyyətin dinamikasından asılı olacaq.

Baş nazir deyib ki, vətəndaşların sağlamlığını qorumaq əsas vəzifədir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq qonşu ölkədə aprelin 21-dək fövqəladə vəziyyət elan edilib. 

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti