Hacıqabulun icra başçısı dəyişdirilib

04.12.2019 15:35 52 Ölkə

Hacıqabul rayonunun icra başçısı dəyişdirilib.

Fan.Az APA-ya istinadən  xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, R. Xəlilov Milli Məclisin Regional məsələlər komitəsinin üzvü olub.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti