Hakimiyyəti təhdid etdiyi iddia olunan Fəzail Ağamalıdan açıqlama

17.02.2020 16:43 303 Siyasət

Xəbər verdiyimiz kimi deputatlığa namizəd Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Parlamentin 125 deputatının tamamilə yenilərlə əvəzlənməsi ciddi problemlər yarada bilər” açıqlamasını şərh edərkən F.Ağamalının hakimiyyəti təhdid etdiyini bildirib.
Fəzail Ağamalı Bizimyol.info-nun redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, seçkilərdə həlledici söz seçicilərindir.

“Çox təəssüf edirəm ki, kifayət qədər intellekti olan Natiq Cəfərli mənim dünya praktikasında və parlament peşəkarlığında öz təsdiqini tapan rəyimə başqa çür yanaşıb. Əlbəttə parlamentdə keçirilən seçkilərdə həlledici söz seçicilərindir. Seçicilərin ehtimad göstərdiyi şəxslər parlamentdə təmsil olunmalıdır. Bu, inkar edilməz faktdır.

Natiq Cəfərlinin dediyi kimi mən açıqlamamda hakimiyyəti təhdid etməmişəm. Xüsusi olaraq öz adımdan deyirəm ki mənim illər boyu fəaliyyətimdə hakimiyyəti təhdid etmək praktikası yoxdur. Əksinə, hakimiyyəti təhdid edənlərə mənim prinsipial, ardıcıl mübarizəm var. Natiq Cəfərli mənim fəaliyyətimə bir daha nəzər yetirsə, dediklərimi birmənalı şəkildə görə bilər”,-deyə F.Ağamalı bildirib.

Ana Vətən Partiyasının sədri bildirib ki, Natiq Cəfərli ona aid olmayan fikri önə çəkərək hakimiyyətə təzyiq kimi qiymətləndirilib: “Əlbəttə Milli Məclis peşəkarların yeridir. Orada Peşəkar iqtisadçıların, hüquqşünasların, peşəkar siyasətçilərin, peşəkar sosioloqlar olamlıdır. Kifayət qədər nəzəri biliyi ilə bərabər praktik olaraq mənsub olduğu peşənin reallaşmasında əldə etmiş olduğu təcrübə onun peşəkarlığına ciddi elementlər gətirən şərtlərdən biridir.

Parlamentin başdan-başa 125 nəfərin yenilənməsi parlamentdə ciddi böhran yarada bilər. Ola bilsin ki parlamentə ilk gələnlərin nəzəri bilikləri var, amma onların qanunverici yaradaıcı praktikası yoxdur. Yəni nəzəri biliklə yanaşı təcrübə də olmalıdır. Mən bu mənada fikrimi söyləmişəm. Çox təəssüf olsun ki Natiq Cəfərli mənə aid olmayan fikri önə çəkib hakimiyyətə təzyiq kimi qiymətləndirilib.

O mənim nə demək istədiyimin fərqindədir. Sadəcə ola bilsin ki, seçki prosesi zamanı onun üçün ciddi psixoloji anlar yarandığına görə Natiq Cəfərli belə fikirlər deyib”.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti