"Hyundai Motor" 2025-ci ildə elektromobillərin istehsalına 17 milyard dollar ayıracaq

04.12.2019 09:58 43 Nəqliyyat və avto

Cənubi Koreyanın ən böyük avtomobil şirkəti "Hyundai Motor" 2025-ci ildə istehsalın inkişafına 61 trilyon Cənubi Koreya vonu (51 milyard dollar) sərmayə ayıracaq.

Fan.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkət rəhbərliyinin bəyanatında bildirilir.

Genişmiqyaslı investisiyaların hədəfi - mövcud biznesin rəqabətə davamlılığını yüksəltmək və gələcək texnologiyada investisiyaların hesabına yeni imkanların yaradılmasıdır. Xüsusi halda, 20 trilyon von (17 milyard dollar) istehsala, təkmilləşməyə, pilotsuz və elektrik avtomobillərinin istehsalına xərclənəcək.

Şirkət həmçinin qeyd edib ki, 2025-ci ildə əməliyyat gəliri əmsalını indiki 5%-dən 8%-ə qədər artırmağı planlaşdırır.

Fan.Az 

Oxşar xəbərlər

Xəbər lenti