İnsan təri əsasında yeni ətir buraxılıb Video

24.08.2019 11:30 205 Həyat tərzi

Fan.Az xarici mediaya istinadla xəbər verir ki, Finlandiyanın Mirum Helsinki agentliyi Creative Essence adlı qeyri-adi ətir buraxıb. Yeni parfümün tərkibinə, ənənəvi maddələrdən başqa, insan təri də daxildir.

Bunun üçün şirkətin hər bir əməkdaşından tər damcısı götürülüb. Məhdud sayda buraxılan ətrin qiyməti haqqında heç nə deyilmir. Orijinal parfümün müəlliflərinin sözlərinə görə, yeni ətrin buraxılması personal seçimi üzrə təşkil edilən kampaniyanın bir hissəsidir. Belə ki, sınaqdan müvəffəqiyyətlə keçmiş hər namizədə Creative Essence flakonu hədiyyə olunacaq.

Oxşar xəbərlər

Xəbər lenti