İran XİN başçısı koronavirusu lağa qoydu

24.02.2020 14:19 194 Siyasət

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin avstriyalı həmkarı Aleksandr Şallenberq ilə görüşdə maraqlı hadisə yaşanıb.

FAN.AZ İHA-ya istinadən xəbər verir ki, İran XİN başçısı görüşdə koronavirus infeksiyasını lağa qoyub.

“And içirəm ki, koronavirusa yoluxmamışam. Koronavirusdan təsirlənməmişəm, salamlaşa bilərik”, - o deyib.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə 12 nəfərin koronavirusdan öldüyünü, 47 nəfərin də infeksiyaya yoluxduğunu təsdiqləyib.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti