İranda şadlıq sarayında güclü partlayış baş verib, ölənlər var Video

06.12.2019 11:22 105 Hadisə

İranın qərbində yerləşən Kürdüstan vilayətindəki şadlıq sarayında güclü partlayış baş verib.

FAN.AZ Anadolu agentliyinə istinadən xəbər verir ki, toy mərasimində qeydə alınan hadisə zamanı 5-i uşaq olmaqla, 11 nəfər həyatını itirib. 34 nəfər xəsarət alıb. Kürdüstan valiliyindən bildirilib ki, xəstəxanaya yerləşdirilən yaralılardan 3-nün vəziyyəti ağırdır.

Rəsmi dairələr hadisənin terror hücumu olduğu barədə iddiaları təkzib edib. Güman edilir ki, hadisəyə qaz sobasına qanunsuz çəkilən xəttindəki problem səbəb olub.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti