İrandan koronovirusdan ölənlərin 18+ VİDEOSU YAYILDI Video

06.03.2020 18:00 3532 Sağlamlıq

İranda daha 17 nəfər virusun qurbanı olub.

FAN.AZ yerli mətbuata istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 124 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 234 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 4 747 nəfərə çatıb. Eyni zamanda 15 981 nəfər koronavirus şübhəsinə görə xəstəxanaya yerləşdirilib.

K.Cahanpur həmçinin 913 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 93 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 162-ə çatıb. Bunların 55 812 nəfəri sağalıb, 3 406 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti