İranın hava hücumundan müdafiə sistemi Ukrayna təyyarəsini qanadlı raketlə səhv salıb

11.01.2020 16:37 347 Hadisə

“İranın hava hücumundan müdafiə sistemi Ukrayna təyyarəsini qanadlı raketlə səhv salıb”. APA-nın İran bürosunun xəbərinə görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi kosmik qüvvələrinin komandiri Əmir Əli Hacızadə deyib.

O qeyd edib ki, HHM sistemində olan operatorlara ölkə ərazisinə qanadlı raketlərlə hücum olunduğu bildirilib: “Həmin təyyarəni qanadlı raket sanan operatorun rabitə sistemində nasazlıq olduğu üçün atəş açıb-açmamaqla bağlı 10 saniyə içində qərar verməli olub. Təəssüf ki, pis qərar verib".

Bununla yanaşı, komandir qeyd edib ki, İran hərbi qüvvələr İraqdakı Amerika bazasına zərbələr zamanı mülki hava nəqliyyatının dayandırılmasını istəyib, lakin bu tələb yerinə yetirilməyib.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti