İranın “Zəfər” peyki uğursuz uçuş edib

10.02.2020 08:17 78 Dünya

İran İslam Respublikası bazar günü öz istehsalı olan “Zəfər” peykini kosmosa buraxıb.

FAN.AZ Rusiya mətbuatına istinadən verdiyi xəbər ki, uçuş uğursuz alınıb.

İran Dövlət televiziyası ölənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb ki, peyk orbitə daxil ola bilməyib: “Simurq” raket daşıyıcısı ilə kosmosa istiqamət götürən “Zəfər” peyki orbitə çatmaq üçün lazımi sürəti yığa bilməyib”.

Qeyd edək ki, bazar ertəsi günü İranın İnformasiya və Rabitə Texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahromi “Zəfər” peykinin fevralın 7-də orbitə buraxılacağını demişdi. Lakin sonradan raketin uçuşu təxirə salınaraq fevralın 9-na keçirilib.

“Zəfər”in 530 km yüksəkliyə qaldırılacağı güman edilirdi.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti