İŞİD liderinin müavini İraqda tutulub

04.12.2019 08:55 41 Hadisə

İraqın Əl-Sumariya televiziya kanalı İŞİD-in əsas fiqurlarından birinin ələ keçirildiyini xəbər verib.

Fan.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, tutlan şəxs oktyabr ayında öldürülən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin müavini Hаmid Şaker Sabaa əl-Bədridir.

İraqın Kərkük əyalətində tutulan terrorçunun kirayələdiyi mənzildə saxta adla gizli yaşadığı məlum olub.

Salah əd-Din əyalətinin hərbi əmiri hesab edilən Hamid Şaker Sabaa əl-Bədri kəşfiyyat işləri ilə məşğul olduğu bildirilir.

Qeyd edək ki, oktyabr ayında ABŞ hərbçiləri tərəfindən Suriyada keçirilən xüsusi əməliyyat zamanı İŞİD lideri əl-Bağdadi öldürülüb. Bağdadinin ölümü İŞİD tərəfindən təsdiqləndikdən sonra terror qruplaşmasına onun varisi - Əbu İbrahim əl-Haşimi əl-Qureişi rəhbər seçilib.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti