İstanbulda turist sayında yeni rekord

17.07.2019 10:37 116 Səyahət

İstanbulu ziyarət edən xarici turistlərin sayı ilk 5 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq ilk dəfə 5 milyon səviyyəsini keçib. 


Fan.az marja-ya istinadən xəbər verir ki, İstanbul Mədəniyyət və Turizm İdarəsinin məlumatlarına görə, hava yolu ilə İstanbula 5 milyon 400 min 283 nəfər, dəniz yolu ilə 15 min 623 nəfər gəlib. Beləliklə, 5 ayda İstanbula gələn turistlərin sayı 5 milyon 416 minə çatıb. Bu yeni rekorddur.

 Hava yolu ilə gələn turistlərin sayı 11 faiz, dəniz yolu ilə gələnlərin sayı isə 5.7% artıb.

Oxşar xəbərlər

Xəbər lenti