Kardaşyanın cangüdənləri anasını xəstəxanalıq etdilər

20.09.2019 23:23 132 Şou-biznes

ABŞ-da yaşayan erməni əsilli model Kim Kardaşyanın anası Kris Cenner modelin cangüdənlərinin zorakılığına məruz qalıb.

Fan.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Kardaşyanın mühafizəçilərinin yaşlı qadını döydüyü bildirilib.

Olay modelin çəkilişləri vaxtı olub. Qızının çəkilişlərinin gec qurtaracağını görən 63 yaşlı Kris Cenner evə getmək qərarı verib. Lakin Kardaşyanın mühafiəçiləri evə yaxınlaşan qadını tanımadıqları üçün mübahisə yaranıb.

Mübahisə vaxtı Kris Cenner boynundan yaralanaraq xəstəxanalıq olub.

Xəstəxanaya aparılan Kris müalicə olunur.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti