Keçmiş idmançının məşhur qadın müğənni haqqında şok açıqlaması Video

21.09.2019 11:19 62 Şou-biznes

Məşhur amerikalı basketbolçu Dennis Rodman dünya ulduzu Madonna haqqında açıqlaması ilə dünya mediasını zəbt edib.

Fan.Az baku.ws-ə istinadən xəbər verir ki, 1993-cü ildə məşhurluğunun pik nöqtəsində olan keçmiş basketbolçu Madonnanın ondan hamilə qalması üçün 20 milyon dollar təklif etdiyini deyib.

"Madonna mənə yumurtlama dönəmindəyəm dedi. Anlamadım. Onunla birlikdə olmağa çalışırdım. Məndən hamilə qalmaq istədiyini dedi. Bunun üçün 20 milyon dollar təklif etdi. Pulu uşaq doğulduqdan sonra verəcəyini dedi".

Rodman Madonna ilə arasındakı bu dialoqun Las Vegasda qumar masasındaykən gerçəkləşdiyini bildirib:

"Mənə özəl təyyarə göndərdi. Nyu-Yorka Madonnanın yanına uçdum. Bir neçə saatdan sonra eyni təyyarə ilə geri dönüb qumar oynamağa davam etdim".

58 yaşlı idmançı Madonnanın indi 22 yaşında olan qızı Lourdesin də bənzər razılaşma ilə dünyaya gəldiyini istisna etməyib.

Oxşar xəbərlər

Xəbər lenti