Keçmiş məmurun həyat yoldaşından əməkdar artistə BAHALI HƏDİYYƏ

17.02.2020 17:42 74 Ölkə

"Həyatımda ən böyük arzuma çatdım. Allah ki, bu arzumu yerinə yetirdi, Allah sizə can sağlığı versin. Elnarə xanım, bütün həyatım elə bil ki, sənin üstündə qurulub. Siz oxuyanda mən elə bil cənnətə düşürəm. Mənim ömrüm onda uzanır və ömür boyu sizə dua eləyirəm. Allahdan arzu edirəm ki, o gözəl səsinizi sizin əlinizdən almasın. Mən bunu heç vaxt ağlıma gətirməzdim ki, nə vaxtsa qismət bizi belə görüşdürər"

FAN.AZ Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Elnarə Abdullayeva ilə görüşmək fürsəti əldə edən pərəstişkarları deyib. Xanəndə bu sözlərdən gözyaşlarını saxlaya bilməyib.

Onu görməyi arzuladığını eşidən sənətçi "X maqazin" verilişinin vasitəçiliyi ilə xəstə olan pərəstişkarının evinə təşrif buyurub.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti