Kərim Abbasov üçün “MAŞIN” əldən getdi Foto

03.10.2019 09:30 213 Şou-biznes

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın şou”nun 18-ci sürətinin ilk günündə iştirakçılardan biri yarışmanı tərk edib.
FAN.AZ xəbər verir ki, 18 nəfərin mübarizə apardığı yarışmanın ilk günündə aşıq Namiq Fərhadoğlu SMS səsverməsinə çıxarılıb. O, 69,41 faiz səslə şouda qalmağı bacarıb.

N.Fərhadoğlu hədəf olaraq müğənni Kərim Abbasovu göstərərək onu "Maşın”dan uzaqlaşdırıb.

Şouda mübarizəni bundan sonra aşıq Namiq Fərhadoğlu, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, Xalq artistləri Bilal Əliyev, Fatma Mahmudova, müğənnilər Ayan Babakişiyeva, Türkan Vəlizadə, Nazim Pişyari, Fuad Musayev, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, meyxanaçı Aqşin Fateh, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov, reper Qurd davam etdirəcəklər.

1570074765_mashin87.jpg (87 KB)

1570074717_masin96.jpg (273 KB)

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti