"Kişilər var gedirlər epilyasiyaya ayaq tüklərini götürdürlər, ağappaq mayadır"

16.12.2019 17:09 126 Şou-biznes

Şou-biznesdə saç əkdirənlərdən 3-cü, 4-cü adam mən oldum. Birinci deyəsən Elariz olub. Təzə-təzə saç əkdirmişdim, bir hay-küy qopdu. Elə bil ki, mənim başımı kəsib başqa baş qoymuşdular, nolmuşdu ki? "İndi hamı edir amma. Deməli, geridə qalan insanlar var. Ərəb ölkələrində, İranda, Türkiyədə 70-80 yaşında bir adam göstərin ki, başı ağappaqdır. Yoxdur elə şey. Bizdə necə olur, saqqala rəng qoyurlar, saça rəng qoyanda pis olur? Bunların hamısı gözgötürməzlikdir".

FAN.AZ milli.az-a istinadən xəbər verir ki, bu odlu-alovlu açıqlamanı əməkdar artist Cavanşir Məmmədov "Hər şey daxil"də edib.

Verilişin aparıcısı Tarix Əliyev (Tolik) əməkdar artistin fikirlərinə daha sərt ismarıclar ilə nöqtə qoyub:

"Ay Cavanşir müəllim, saç əkdirmək olar e, kişilər deyirəm sənə, gedirlər epilyasiyalara ayaqlarının tüklərini götürdürlər. Kişidirlər ha özü də. Biri var belə, biri də var kişilər. Sən görünən yerləri deyirsən, sən görünməyən yerlərdən danış ki, nə oyunlardan çıxırlar. Onlar sonra da çıxırlar efirlərə "Kişilər belə getdi, kişi belə olmalıdır" deyirlər. Amma gedirsən ayağını qaşıyanda qıraqdan baxırsan ki, ağappaq mayadır".

FAN.AZ 

Oxşar xəbərlər

Xəbər lenti