Kommunal xərclərin artırılması xalqa deyilsə, kimə təsir edir?

06.12.2019 16:00 195 İqtisadiyyat

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək.

Onun sözlərinə görə, bu artım dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkətinə, "Azəriqaz" və "Azərişıq" İstehsalat Birliyinin büdcəsinə pul gələcək. R.Quliyev qeyd edib ki, istər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyətində "kombi" istilik sistemindən istifadə etmir: "Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək".

Natiq-Ceferli.jpg (173 KB)

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, kommunal xərclərin xalqın boynuna yüklənməsi pis idarəçiliyin nəticəsidir.O Bizimyol.info-ya verdiyi açıqlamada bildirib:

“Kommunal xərclərin arıtırlması istənilən halda vətəndaşların vəziyyətini ağırlaşdırır. Onların dolanışığına çətinlik yaradır.Bu insanların sosial şəraitinin çətinləşməsi və sosial problemlərlə müşayiət olunan bir haldır.Dövlət nəzarətində olan kommunal xidmətlərin rentabelsiz çalışmasının səbəbi idarəetmədəki problemlərdir. Doğru düzgün idarəetmə olsa fərqli görərdik, indi isə bunun bədəlini vətəndaşın çiyninə yükləmək istəyirlər və yükləyirlər”.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti