Koronavirus Naxçıvanın blokadaya düşməsinə səbəb olub

24.02.2020 17:20 252 Ölkə

Türkiyə koronavirusun yayılma təhlükəsi səbəbindən təkcə İranla deyil, həm də Azərbaycanın Naxçıvan Muxtar Respublikası (NAR) ilə sərhədlərini bağlayıb.

Qeyd edək ki, İran da Naxçıvanla sərhəddi bağlayıb. Nəticədə Azərbaycanın qalan hissəsi ilə birbaşa quru əlaqəsi olmayan muxtar respublika blokadada qalıb. Xarici aləm ilə yeganə əlaqə Bakı ilə hava əlaqəsindən keçir.

Yerli mənbələr Turan-a bildiriblər, yolların blokadası səbəbindən Naxçıvanda ərzaq məhsullarının qiyməti artıb. Yerli sakinlər mağazalardan un və digər məhsulları böyük miqdarda alır. Hakimiyyət hələlik ərzaq satışına məhdudiyyət qoymayıb.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti