Kürdəmirdə “QAZ-3110” “Ford”a çırpılıb, xəsarət alanlar var Foto

15.01.2020 08:00 46 Hadisə

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

FAN.AZ "Report"a istinadən məlumat verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Muğanlı kənd sakini, 1979-cu il təvəllüdlü Sadıqov Ayaz Qismət oğlu “QAZ-3110” markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan,1981-ci il təvəllüdlü Gəncə sakini Cəfərov Fərid Maarif oğlunun idarə etdiyi “Ford” tranzit markalı mikroavtobusa çırpılıb. Nəticədə “Ford” yoldan çıxaraq aşıb.

Hadisə zamanı “QAZ-3110”un sürücüsü A.Sadıqov, “Ford”un sürücüsü F.Cəfərov və onun sərnişini, 1979-cu il təvəllüdlü Gəncə sakini Cavadzadə Mikayıl Fəxrəddin oğlu müxtəlif növ ağır bədən xəsarəti alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Xəbər lenti