Kürdəmirdə yol qəzası nəticəsində ölən və yaralanan var Video Foto

05.12.2019 09:47 873 Hadisə

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fan.Az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonun Alğırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford Tranzit” markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Qəzada Mingəçevir şəhər sakinləri, sürücü 2000-ci il təvəllüdlü Cabbarlı Ayxan Cəbi oğlu və onun sərnişini 1990-cı il təvəllüdlü İslamova Könül Faid qızı xəsarət alıb.

Dünyasını dəyişən şəxs isə Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Şıxıyev Rəşad Əlvan oğludur.

Xəsarət alanların vəziyyəti ağır olduğundan onların müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yola

Həkimlərin səyinə baxmayaraq, yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki yaralı həkim nəzarətinə götürülüb.

Oxşar xəbərlər

Xəbər lenti