Lənkəranda velosipedçini avtomobil vurub Foto

07.02.2020 12:12 337 Hadisə

Lənkəran rayonunda 50 yaşlı velosipedçini avtomobil vurub.

FAN.AZ “Report”a istinadən məlumat verir ki, hadisə rayonun Aşağı Nüvədi kəndi ərazisində baş verib.

Belə ki, Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Samir Şahsuvar oğlu Cavadov idarə etdiyi “Ford-Transit” markalı 99 ES 958 dövlət qeydiyyat nişanlı mikroavtobus yolda hərəkət edən velosipedçi - rayonun Gərmətük qəsəbə sakini, 1970-ci il təvəllüdlü Cəmil Əjdər oğlu Məmmədovu vurub.

Yaralı ətrafdakıların yardımı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ bazu sümüyünün yuxarı baş hissəsinin yerdəyişməyən sınığı, qapalı kəllə-beyin travması və sifət nahiyəsinin zədəsi olaraq ilkin diaqnoz qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Lenkeran qeza-velosiped-2.jpg (187 KB)

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti