Masallı RPŞ-də yeni təyinat olub

10.09.2019 18:32 284 Siyasət

Masallı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavinliyinə yeni təyinat olub.

Fan.Az Oxu.Az-ın bölgə müxbirinə istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Anar Xəlilov bu vəzifəyə təyin edilib.

A.Xəlilov bu təyinata qədər Masallı RPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev xəbəri Oxu.Az-a təsdiqləyib.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti