“Maşın” şouda qalibə bu avtomobil veriləcək

01.10.2019 13:50 112 Şou-biznes

Budəfəki şounu digərlərindən fərqləndirən onun sonuncu olma və tarixə düşmə ehtimalının olmasıdır.

Fan.Az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında “M Group Production”ın rəhbəri, Xalq artisti Murad Dadaşov bu gündən başlayan “Maşın” şou ilə bağlı yenilikləri şərh edərkən deyib.

“Bu gündən teleməkanın ən qalmaqallı və səs-küylü şousu – “Maşın” efirə qayıdır. Şou həmişə öz fərqliliyi və uğurları ilə seçilib. Bu, tək mənim deyil, “M Group Production” komandasının uğurudur. Çünki işçiləri belə seçərkən həmişə kreativ düşüncəsi, fərqli baxışı, yeni, gənc düşüncəsi olan insanlara üstünlük verilir.

Bəlkə də, bu səbəbdən neçə ildir ki, şou öz maraqlı görüntüsü, dizaynı və ən əsası, formatı ilə fərqlənib. Bu dəfə də yeniliklər olacaq. Şounun adının “Maskarad” seçilməsi təsadüfi deyil. Adından da göründüyü kimi, tamaşaçıları təntənəli bayram ab-havası gözləyir.

Eyni zamanda, bu şou son illərin axırıncı maşını ola bilər. Çünki “M Group Production” şou ilə bağlı bir müddətlik fasilə verməyi planlaşdırır. Hələlik bunun axırıncı “Maşın” şou olmasını istəyirik.

Murad Dadaşov əlavə edib ki, bu dəfə şoudakı avtomobil “Opel” markası olacaq:

“Maşının qiyməti 50 min manatdan az deyil”.

Oxşar xəbərlər

Xəbər lenti