Mehmet Ali Erbil: "Yenə başıma nə gəldisə, qadınlar ucbatından gəldi"

27.09.2019 22:55 83 Şou-biznes

235 gün xəstəxanada yatan şoumen Mehmet Ali Erbil aylar sonra ilk dəfə bir canlı yayıma qatılıb.

"Kanal D"də yayımlanan "Müge ve Gülşen’le 2. Sayfa"ya qonaq olan sənətçi yaşadığı çətin günlərdən bəhs edib.

"Dostlarımın duası mənə kömək etdi. Bacım, birinci, ikinci, dördüncü arvadım bir gün başımın üstündən çəkilmədi. Sevənlərimə çox şey borcluyam. Şanslıyam ki, həmin ərəfəni heç xatırlamıram. Nələr yaşamışam bilmirəm. Film kimidir.

Reanimasiyadan çıxıb, normal otağa keçəndə heç bir yerim hərəkət etmirdi. İlk barmağım tərpənəndə, Allaha şükür etdim. İndi bir az sol ayağımda narahatçılıq var. Həkimlər yeriyə biləcəyimi deyir. Yenə başıma nə gəldisə, qadınlar ucbatından gəldi. Qızlarla görüşməyə gedirdim, vanna qəbul etdim. Vannadan çıxarkən, ayağım sürüşdü".

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti