Məktəbəqədər təhsil haqqında qanuna dəyişiklik gözlənilir

04.09.2019 20:35 189 Siyasət

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin tədris vəsaitləri 6 yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa uyğun olacaq.

Fan.Az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı "Məktəbəqədər təhsil haqqında" qanuna dəyişiklik təklif edilir.

Qanuna yeni 17.3-cü bənd əlavə edilir. Yeni bəndə əsasən, məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı 6 yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatına uyğun olmalıdır.

"Məktəbəqədər təhsil haqqında" qanuna dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin sentyabrın 17-də keçiriləcək iclasında müzakirə ediləcək.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti