Məşhur hollivud ulduzu 6 ildir qızı ilə görüşə bilmir

31.07.2019 23:52 333 Şou-biznes

Əlli yeddi yaşlı Hollivud ulduzu Tom Kruz qızı Surini sonuncu dəfə altı il əvvəl görüb.

Fan.Az-ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, həmin ərəfədə dünya şöhrətli aktyorun həyat yoldaşı Keti Holms boşanmaq üçün yenicə ərizə vermişdi.

Lakin keçmiş sayentoloq (sayentologiya təlimdir, təlimin məqsədi Sayentologiya kilsəsini tanıtmaq və bu təriqəti dünyada yaymaqdır) Samanta Dominqo əmindir: Sayentologiya Kilsəsi (Tom Kruz onun ən məşhur üzvlərindəndir) qızı ilə aktyoru gözdən pərdə asmaq üçün təşkil edib. Əslində isə aktyorun bu təriqətdən olmayan qızı ilə ünsiyyəti qadağandır.

Samanta "US Weekly" nəşrinə açıqlamasında kilsənin qaydalardan da danışıb. O bildirib: "Çox güman ki, kilsə bu görüşü yayılan dedi-qoduları kəsmək və tənqidlərdən can qurtarmaq üçün təşkil edib".

Onun sözlərinə görə, sayentoloqlar reynkarnasiyaya inanırlar, buna görə də onların yanaşmasına görə, Suri - Tomın qızı deyil, onun qızının cismindəki ruhdur.

Kilsə nümayəndələri Dominqonun açıqlamalarını təkzib ediblər. Onlar iddia edirlər ki, Kruzun qızı Suri ilə görüşüb-görüşməməsi onun şəxsi istəyindən və qərarından asılıdır. Kilsə bu məsələdə heç kimə heç nəyi qadağan etmir.

Maraqlıdır ki, aktyor keçmiş həyat yoldaşı məşhur aktrisa Nikol Kidmanla evliliyindən olan qızı - 26 yaşlı İzabella oğlu - 24 yaşlı Konnorla mütəmadi görüşür. Tomun bu övladlarının ikisi də sayentoloqdur.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti